Sabah paytaxtın 5 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah paytaxtın 5 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvidir
Energetika
10 Mart , 2016 20:15
Sabah paytaxtın 5 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 10 mart. REPORT.AZ/ Sabah Sabunçu, Binəqədi, Xəzər, Səbail və Abşeron rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 11 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində,Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi