Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 11-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.
SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təmir müddətində Bakı şəhərinin Kürdaxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.