​Sabah Cəlilabad və Ağdamın bəzi kəndlərində qaz olmayacaq

​Sabah Cəlilabad və Ağdamın bəzi kəndlərində qaz olmayacaq İşlərin Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
1 Sentyabr , 2015 15:51
​Sabah Cəlilabad və Ağdamın bəzi kəndlərində qaz olmayacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də saat 10:00-dan 18:00-dək Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş” və ''Ucar'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, ''Quzanlı'' və ''Qaradəmirçi'', Astara magistral qaz kəmərləri sahəsinin “Əngəvul”, ''Yardımlı'' və ''Göytəpə'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Məlumata görə, aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda, Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi