​Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

​Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb aparılacaq təmir işləridir
Energetika
14 Aprel , 2015 18:46
​Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Yeni Zabrat”, “Ramanı” və “Yeni Suraxanı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Duvanı”, “Mədrəsə” və “Ağsu”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Göyçay-3” və “Yaqublu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Oğuz, Ağsu və Kürdəmir rayonlarının, Qobustan rayonunun Duvanı qəsəbəsinin, Göyçay rayonunun Mirzəhüseynli kəndinin, Tovuz şəhərinin bir hissəsinin və rayonun Dondar, Ocaqlı, Azaflı, Əsirik, Ağbulaq, Bayramlı kəndlərinin, Yardımlı şəhərinin bir hissəsinin və rayonun Bozayran, Qabazgibi, Sırıq, Mişgiriyin, Cölyəbi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Ramanı, Yeni Suraxanı və Zabrat qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi