Bakı. 19 avqust. REPORT.AZ/ Sabah Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən"Report"a verilən məlumata görə, diametri 159 və diametri 108 millimetrlik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar avqustun 20-də saat 10-dan işlər yekunlaşdırılanadək Binəqədi rayonunun 7-ci, 8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, X.Şuşinski, S.Rəhmanov, Ç.Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.