​Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

​Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb təmir işlərinin aparılmasıdır
Energetika
16 Dekabr , 2014 18:19
​Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Sabah Azərbaycanın bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Ucar rayonunun Lək, Balakən rayonunun Katex, İsmayıllı rayonunun İvanovka, eləcə də Qazax rayonunun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi