Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Aparılan işlərin Xəzər və Binəqədi rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
6 Oktyabr , 2016 20:33
Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aAparılan abadlıq işləri ilə bağlı qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 7-də saat 9-dan 18-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı və Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi