Sabah 8 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah 8 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Məqsəd abonentlərin təbii qaza olan tələbatının təmin edilməsidir
Energetika
12 Aprel , 2016 18:31
Sabah 8 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Sabah Yeni Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Abşeron, Quba, Mingəçevir və Goranboy rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Orta təzyiqli qaz kəməri üzərində yeni quraşdırılmış RDUK tipli qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə aprelin 13-də saat 09.00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Muşviqabad və Pirəkeşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbədə, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi