"S&P" ABŞ-ın aparıcı enerji şirkətlərinin reytinqini aşağı salıb

"S&P" ABŞ-ın aparıcı enerji şirkətlərinin reytinqini aşağı salıb "Chevron" şirkətinin reytinqi 30 ildə ilk dəfə zəifləyib
Energetika
3 Fevral , 2016 13:04
S&P ABŞ-ın aparıcı enerji şirkətlərinin reytinqini aşağı salıb

Bakı. 3 fevral. REPORT.AZ/ "Standard & Poor`s" beynəlxalq reytinq agentliyi ABŞ-ın aparıcı enerji şirkətlərinin reytinqini aşağı salıb. "Report" xəbər verir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır.

"Chevron" şirkətinin reytinqi 30 ildə ilk dəfə zəifləyib: "AA"dan "AA-"ya düşüb. "Hess"in reytinqi isə "BBB"dən "BBB-"a düşb. Hər iki hal üçün proqnoz "sabit"dir.

"Exxon Mobil Corp", "ConocoPhillips" və "Anadarko Petroleum"un kreditqabiliyyətlilik reytinqi zəifləyib və "mənfi" proqnoza düşüb. Beləcə "Exxon" "AAA" reytinqini itirə bilər. Qeyd edək ki, ABŞ-ın ən nəhəng neft şirkəti 1930-cu ildən bu reytinqi qoruyur.

Yenidən baxış və qiymətləndirmə 90 gün ərzində başa çatdırılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl "S&P" "Shell"in reytinqini "AA-"dən "A+"ə azaltmışdı. Eyni zamanda BP, "Eni", "Repsol", "Statoil", "Total"da azalma və "mənfi" proqnoz qeydə alınmışdı.

Son xəbərlər

Orphus sistemi