Rusiyanın "LUKoil" şirkəti Kot d`İvuardan gedir

Rusiyanın "LUKoil" şirkəti Kot d`İvuardan gedir Şirkət Afrikada heç bir böyük kəşf edə bilməyib
Energetika
18 Yanvar , 2016 14:12
Rusiyanın LUKoil şirkəti Kot d`İvuardan gedir

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti Kot d`İvuardakı layihələrini dayandıraraq ölkəni tərk edir. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" şirkətdəki mənbəsinə istinadən məlumat verib.

"LUKoil" 2006-cı ildən Kot d`İvuarda fəaliyyət göstərirdi. Şirkətin adıçəkilən ölkədə Qvineya körfəzində yerləşən beş dəniz kəşfiyyat layihəsi var. "LUKoil" praktiki olaraq bütün layihələrdən çıxıb və ya çıxış üzrədir", - deyə mənbə bildirib.

Qeyd edək ki, bir neçə il əvvəl "LUKoil" Afrikaya böyük ümidlər bəsləyirdi. Amma şirkət heç bir böyük kommersiya kəşfi edə bilməyib. 2013-cü ildə Rusiya şirkəti Qərbi Afrikadakı bütün layihələrə 262 mln. dollar xərcləyib. Lakin 2015-ci ildə "LUKoil" Syerre Leonedəki layihələrindən imtina edib.

Ekspertlər hesab edirlər ki, neftin qiymətinin azaldığı zamanda Kot d`İvuardakı kimi dənizin dərinliklərindən neft çıxarmaq səmərəli deyil.

Son xəbərlər

Orphus sistemi