​Rusiya Türkiyəyə "Türk axını"nın ilk xətti üzrə hökumətlərarası saziş layihəsini təqdim edib

​Rusiya Türkiyəyə "Türk axını"nın ilk xətti üzrə hökumətlərarası saziş layihəsini təqdim edib Əvvəlcədən "Türk axını"nın tikintisinə dair hökumətlərarası sazişin kompleks şəkildə hazırlanması və imzalanması planlaşdırılırdı
Energetika
28 İyul , 2015 14:28
​Rusiya Türkiyəyə Türk axınının ilk xətti üzrə hökumətlərarası saziş layihəsini təqdim edib

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya Türkiyəyə "Türk axını"nın ilk xətti üzrə hökumətlərarası saziş layihəsini göndərib. Digər xətlər üzrə başqa sənədin olacağı gözlənilir.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Energetika Nazirliyi ndəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, əvvəlcədən "Türk axını"nın tikintisinə dair hökumətlərarası sazişin bütün dörd xəttin də daxil olması ilə kompleks şəkildə hazırlanması və imzalanması planlaşdırılırdı.

Lakin Rusiya və Türkiyə arasında iyunda Bakıda keçirilən son danışıqlardan sonra bunun mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.

Mənbə onu da xatırladıb ki, "Türk axını"nın ilk xətti sırf Türkiyənin ehtiyaclarının ödənilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi