Rusiya neftin məqbul qiymətini açıqlayıb

Rusiya neftin məqbul qiymətini açıqlayıb Rusiya hasilatı dondursa da, ixracın həcminə toxunmayacaq
Energetika
6 Aprel , 2016 19:53
Rusiya neftin məqbul qiymətini açıqlayıb

Bakı. 6 aprel. REPORT.AZ/ Doha sammiti öncəsi Rusiya neft bazarının tarazlaşması üçün neftin qiymətinin 45-50 dollar/barel diapazonunda olmasının məqbul hesab ediləcəyini bildirib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya tərəfinin planlarına əsasən, neftin 45-50 dollar/bareldən yüksək olması şist neft hasilatını artıra biləcəyindən məhz bu səviyyədə qalması qənaətbəxşdir.

Neft hasilatının dondurulması bazarda tarazlığı təxminən 6 ay qoruya biləcək. Həmçinin qeyd olunur ki, Rusiya tərəfi Doha görüşündə yalnız hasilatın dondurulmasını müzakirə edəcək, neftin ixracı məsələsinə isə toxunulmayacaq. Qeyd edək ki, dünən, aprelin 5-də Küveytin OPEC-dəki rəsmi nümayəndəsi Naval əl-Fuzaya "Bloomberg" agentliyinə açıqlamasında bildirib ki, İran tərəfi hasilatın dondurulmasında imtina etsə də, sammit iştirakçıları hasilatı dondura bilər. Onun sözlərinə görə, neft qiymətlərinin aşağı olması fonunda hasilatçı ölkələrin başqa çıxış yolu yoxdur.

OPEC-in baş katibi Abdullah Səlim əl-Bədri və Səudiyyə Ərəbistanının neft sənayesi naziri Əli əl-Naimi aprelin 19-21-də Moskvada keçiriləcək milli neft-qaz forumuna dəvət ediliblər. Görüşdə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulexio del Pino da iştirak edəcək. Görüşün Doha sammiti sonrasına təsadüf etməsi onun əhəmiyyətini daha da artırır.

Son xəbərlər

Orphus sistemi