Rusiya hazırkı şəraitdə neft hasilatını azaltmağı planlaşdırmır

Rusiya hazırkı şəraitdə neft hasilatını azaltmağı planlaşdırmır Rusiya neftin 50 dollar/barel qiymətini məqbul sayır
Energetika
1 Sentyabr , 2016 19:08
Rusiya hazırkı şəraitdə neft hasilatını azaltmağı planlaşdırmır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiya neft hasilatının cari qiymətlər səviyyəsində azaldılmasını məqsədəuyğun saymadığını, lakin diskussiyalara açıq olduğunu bəyan edib. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib. 

Nazir "Rusiya OPEC-lə hasilatı məhdudlaşdırmaq məsələsini müzakirə etməyə hazırdırmı?" sualının cavabında bildirib ki, Rusiya tərəfi neft bazarındakı şəraitin monitorinqi və diskussiyaya hazırdır, lakin bunun məqsədəuyğunluğu suallar doğurur.

A.Novak hazırda neft qiymətlərinin 50 dollar/barel səviyyəsində sabitləşdiyini və bunun normal hədd olduğunu vurğulayıb. O deyib ki, əgər qiymətlər bu səviyyədən aşağı enərsə, o zaman Rusiya fəal şəkildə bu problemin həlli yollarını axtara bilər.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC ölkələrinin növbədənkənar iclası keçiriləcək. İclasda əsas müzakirələr neft hasilatının dondurulması və neft qiymətlərinin artırılması ilə bağlı məsələlər ətrafında aparılacaq.

Son xəbərlər

Orphus sistemi