​Rusiya Azərbaycana qaz ixrac etmək niyyətindədir - YENİLƏNİB

​Rusiya Azərbaycana qaz ixrac etmək niyyətindədir - YENİLƏNİB "Qazprom" şirkəti bununla bağlı danışıqlara hazırlaşır
Energetika
31 May , 2016 14:14
​Rusiya Azərbaycana qaz ixrac etmək niyyətindədir - YENİLƏNİB

İlk xəbər saat 13:52-də verilib

Bakı. 31 may. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Azərbaycana təbii qazın mümkün nəqli ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı danışıqlar artıq bu ilin iyun ayında baş tutacaq.

***

"Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfinin Rusiya qazının alınmasına marağı var: "Yaxın vaxtlarda, hətta ola bilər ki, Peterburq iqtisadi forumunda növbəti görüş keçirilsin və Azərbaycan tərəfinin tələbatı dəqiqləşdirilsin".

Son xəbərlər

Orphus sistemi