Rumıniyanın neft-qaz sənayesinə xidmət göstərən şirkəti Azərbaycandakı filialını bağlayır

Rumıniyanın neft-qaz sənayesinə xidmət göstərən şirkəti Azərbaycandakı filialını bağlayır Şirkət dənizdə neft-qaz çıxarma sənayesi sahəsində xidmətlər göstərir
Energetika
25 Noyabr , 2015 11:17
Rumıniyanın neft-qaz sənayesinə xidmət göstərən şirkəti Azərbaycandakı filialını bağlayır

Bakı. 25 noyabr. REPORT.AZ/ Rumıniyanın "Grup Servicii Petroliere S.A" Səhmdar Cəmiyyətinin Azərbaycandakı filialı ləğv olunur.

"Report"un əldə etdiyi məlumata görə, kreditorlardan iki ay ərzində öz tələblərinin bildirilməsi xahiş olunur.

Qeyd edək ki, "Grup Servicii Petroliere” şirkəti dənizdə neft-qaz çıxarma sənayesi sahəsində xidmətlər göstərir.

Şirkət 2004-cü ildə yaradılıb, dəniz qazması, qazma qurğularının əsaslı təmiri, hidrotexniki tikinti, yeraltı boru kəmərlərinin çəkilməsi, mühəndislik və digər işləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi