​Rumıniyada "Xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır" kampaniyasına yekun vurulub

​Rumıniyada "Xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır" kampaniyasına yekun vurulub Qaliblər Dominikan və Misirə səyahət paketləri qazanıblar
Energetika
28 Sentyabr , 2015 11:50
​Rumıniyada Xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır kampaniyasına yekun vurulub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin təşkil etdiyi “Xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır” kampaniyasına yekun vurulub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Buxarestdə “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində keçirilən mərasimdə nümayəndəliyin və “SOCAR Petroleum SA Romania” şirkətinin əməkdaşları, həmçinin yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

“Xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır” kampaniyasının 2-ci mərhələsində SOCAR-ın Rumıniyada fəaliyyət göstərən 32 yanacaqdoldurma məntəqəsində 50 lei (13 AZN) məbləğində yanacaq və məhsul alan hər bir müştəri lotereya kuponu əldə edərək, kampaniyada iştirak hüququ qazanıb. Qaliblər Dominikan Respublikasına 2 nəfərlik 1 səyahət paketi və Misirə 2 nəfərlik 4 səyahət paketi qazanıblar.

Son xəbərlər

Orphus sistemi