​Rövnəq Abdullayev: "İnanırıq ki, 2020-ci ilədək dünya enerji bazarında qiymətlər stabilləşəcək"

​Rövnəq Abdullayev: "İnanırıq ki, 2020-ci ilədək dünya enerji bazarında qiymətlər stabilləşəcək" SOCAR və BP şirkətlərinin hesablamalarına əsasən, 2020-ci ilədək dünya bazarında qiymətlərin normallaşacağı gözlənilir
Energetika
14 Sentyabr , 2015 14:31
​Rövnəq Abdullayev: İnanırıq ki, 2020-ci ilədək dünya enerji bazarında qiymətlər stabilləşəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkətinin apardığı hesablamalara görə, 2020-ci ilədək dünya bazarında enerjidaşıyıcılarının qiyməti normallaşacaq. 

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Bilirsiniz ki, qazın qiyməti xüsusi düsturla hesablanır və neftin də, qazın da qiyməti səbətdən asılıdır. İnanırıq ki, Avropaya 2020-ci ildə ilk qazımızı nəql edənə qədər qiymətlər stabilləşəcək", - SOCAR prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi