Rövnəq Abdullayev: "SOCAR-ın Türkiyədəki bütün layihələri vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcək"

Rövnəq Abdullayev: "SOCAR-ın Türkiyədəki bütün layihələri vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcək" ​SOCAR-ın prezidenti Türkiyənin enerji və təbii ehtiyatlar naziri ilə görüşüb
Energetika
28 Sentyabr , 2016 13:12
Rövnəq Abdullayev: SOCAR-ın Türkiyədəki bütün layihələri  vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcək
SOCAR prezidenti Rövnəq Abdullayev / Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev sentyabrın 27-də bu ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və “Petkim”lə bağlı məsələlər müzakirə olunub. 2008-ci ildə “Petkim”in alınmasından sonra həyata keçirilməyə başlayan bu layihələrin sürətlə davam etdiyini qeyd edən R.Abdullayev STAR layihəsi üzrə tikinti işlərinin 73%-nin yerinə yetirildiyini bildirib. O, zavodun qrafikə uyğun tikilərək istismara təhvil verilməsi üçün görülən tədbirlərdən danışıb, eləcə də Azərbaycan təbii qazını Avropaya nəql edəcək TANAP boru kəmərinin tikintisi üzrə işlərin tam sürətlə, davamlı şəkildə irəlilədiyini söyləyib. SOCAR prezidenti Türkiyədəki iqtisadi proseslərin Azərbaycanda yaxından izləndiyini vurğulayıb, bu ölkəyə yatırılmış sərmayələrin Azərbaycanın Türkiyə iqtisadiyyatına etimadının bir sübutu olduğunu bildirib. R.Abdullayev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların uzunmüddətli layihələr olaraq qətiyyətli bir şəkildə davam etdiyini, bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcəyini söyləyib.

Görüşdə iştirak edən “SOCAR Türkiyə” və Petkim İdarə Heyətinin sədri, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev üçüncü rübdə əldə olunan nailiyyətlərin dördüncü rübdə də davam edəcəyinə əmin olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi