Rövnəq Abdullayev "SOCAR Georgia Petroleum"un yeni xidmət mərkəzinin açılışında iştirak edib

Rövnəq Abdullayev "SOCAR Georgia Petroleum"un yeni xidmət mərkəzinin açılışında iştirak edib Xidmət mərkəzində 35 nəfər işlə təmin olunub
Energetika
4 Mart , 2016 12:36
Rövnəq Abdullayev SOCAR Georgia Petroleumun yeni xidmət mərkəzinin açılışında iştirak edib

Tbilisi. 4 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisi şəhərində "SOCAR Georgia Petroleum"un yeni xidmət mərkəzinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, xidmət mərkəzi Tbilisinin mərkəzində İlya Çavçavadze prospektində yerləşir.

Müasir dizaynda qurulmuş mərkəz fiziki və hüquqi şəxlərə maksimal rahat şəkildə xidmət göstərilməsinə hesablanıb.

Xidmət mərkəzində 35 nəfər işlə təmin olunub. Qeyd edək ki, "SOCAR Georgia Petroleum"un Gürcüstan üzrə 19 xidmət mərkəzi fəaliyyət göstərir.

Loyallıq proqramı (energy card), bonus və endirim proqramları, dövlət tenderlərində iştirak, qaynar xətt xidməti - bütün bunlar yeni xidmət mərkəzinin təklif etdiyi xidmətlərdən bəziləridir. Xidmət mərkəzi kompüter texnologiyasıyla maksimum dərəcədə təmin edilib və biznes proseslərin sadələşdirilməsi, xidmətin yaxşılaşdırılması və s. bu kimi işlərdə istifadə olunur.

Son xəbərlər

Orphus sistemi