Rövnəq Abdullayev: "Qiymət dəyişikliyinə baxmayaraq SOCAR heç bir layihəsindən imtina etməyib" - YENİLƏNİB

Rövnəq Abdullayev: "Qiymət dəyişikliyinə baxmayaraq SOCAR heç bir layihəsindən imtina etməyib" - YENİLƏNİB Bakıda Neftçilər günü münasibətilə tədbir keçirilir
Energetika
20 Sentyabr , 2016 17:58
Rövnəq Abdullayev: Qiymət dəyişikliyinə baxmayaraq SOCAR heç bir layihəsindən imtina etməyib - YENİLƏNİB

İlk xəbər saat 17:45-də verilib

Bakı.20 sentyabr. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib." 

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr - Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib. 

O deyib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək. 

R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış, "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb. O, həmçinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd.kubmetr qaz, 19 mln.ton kondensat hasil edildiyini, hazırda "Şahdəniz-2" layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini söyləyib. 

SOCAR prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd.manata çatdığını bildirib. 

Tədbirdə çıxış edən "BP" şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə Azərbaycanın ən qədim neft ölkələrindən olduğunu, BP-nin Azərbaycanın ən uzunmüddətli tərəfdaşı olduğunu vurğulayıb. 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxışında AÇG layihəsinin əhəmiyyətindən danışıb və qeyd edib ki, işlənmənin əvvəlindən bu yataqlar blokundan 404 mln.ton xam neft hasil olunub.  Onun sözlərinə görə, bu həcmin 225 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. 

Qeyd edək ki, tədbirdə həmçinin bir qrup neftçiyə mükafat təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi