​Rövnəq Abdullayev: "Neftin qiyməti maya dəyərindən aşağı düşə bilməz"

​Rövnəq Abdullayev: "Neftin qiyməti maya dəyərindən aşağı düşə bilməz" SOCAR prezidenti artıq ikinci yarımillikdə dünya neft bazarında qiymətlərin sabitləşəcəyini düşünür
Energetika
28 Aprel , 2015 12:41
​Rövnəq Abdullayev: Neftin qiyməti maya dəyərindən aşağı düşə bilməz

Bakı. 28 aprel. REPORT.AZ/ Dünya neft bazarında gözlənilən qiymət dəyişiklikləri ilə bağlı uzunmüddətli proqnozların verilməsi düzgün deyil. "Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib: "İndidən proqnoz vermək düzgün alınmaz. Heç kim deyə bilməz ki, neftin qiyməti necə olacaq".

SOCAR prezindenti qeyd edib ki, dünya neft bazarındakı qiymətlər iqtisadi amillərlə yanaşı, siyasi və geosiyasi amillərdən də asılıdır: "Ona görə də hesab edirik ki, qiymətin maya dəyəri səviyyəsindən aşağı düşmək imkanı yoxdur və bu, olmayacaq. Çünki bu, artıq dibdir".

"İndiki qiymətlər neft istehsalçılarının 30%-də maya dəyərindən aşağıdır. Bu səbəb də qiymətin düşməsinə imkan vermir və düzəlişlər olacaq. Bilirsiniz ki, Amerikada artıq ehtiyatların dolmasına baxmayaraq, bu amil bazara heç bir mənfi təsir göstərməyib və qiymətlər yüksəlir", - deyə R.Abdullayev vurğulayıb.

SOCAR rəhbəri əlavə edib ki, artıq bu ilin ikinci yarısında dünya neft bazarında qiymətlərin sabitləşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi