SOCAR-ın DESFA-da almaq istədiyi iştirak payında dəyişiklik gözlənilmir

SOCAR-ın DESFA-da almaq istədiyi iştirak payında dəyişiklik gözlənilmir SOCAR prezidenti ​Rövnəq Abdullayev: "Danışıqlar dekabr ayına qədər dondurulub"
Energetika
14 Sentyabr , 2015 12:12
SOCAR-ın DESFA-da almaq istədiyi iştirak payında dəyişiklik gözlənilmir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin alınması ilə bağlı paketində (66%) dəyişiklik gözlənilmir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Sentyabr ayında Yunanıstanda seçki keçirilməsi gözlənilir. Seçkidən sonra yeni hökumətlə DESFA-nın səhmlərinin alınması istiqamətində danışıqlar davam edəcək. Buna görə də dekabr ayına qədər danışıqlar dondurulub", - SOCAR rəhbəri qeyd edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi