Rövnəq Abdullayev: "Çalışacağıq ki, işçilərin əməkhaqlarını inflyasiyaya uyğun kompensasiya edək"

Rövnəq Abdullayev: "Çalışacağıq ki, işçilərin əməkhaqlarını inflyasiyaya uyğun kompensasiya edək" Faktiki inflyasiya hesablandıqdan sonra SOCAR müəyyən qədər kompensasiya etməyi düşünür
Energetika
5 Fevral , 2016 15:53
Rövnəq Abdullayev: Çalışacağıq ki, işçilərin əməkhaqlarını inflyasiyaya uyğun kompensasiya edək

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çalışacaq ki, işçilərin əməkhaqlarını inflyasiyanın səviyyəsinə uyğun kompensasiya etsin.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə məlumat verib: "Biz hər zaman əməkhaqlarını artırırıq. 2007-ci ildə işçilərin əməkhaqları 25% artırılıb. Hazırda SOCAR-da çalışanların əməkhaqları digər dövlət müəssisələrində çalışanlara nisbətən kifayət qədər yüksəkdir. Amma bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bizim də gəlirlərimiz azalıb, büdcədə kifayət qədər imkanlar yoxdur".

R.Abdullayev buna baxmayaraq, faktiki inflyasiya hesablandıqdan sonra müəyyən qədər kompensasiya edilməsinin düşünüldüyünü əlavə edib: "Çalışacağıq ki, müəyyən qədər kömək edək. Amma yenə qeyd edirəm ki, büdcə təşkilatlarının əməkhaqqı ilə bizim əməkhaqqı çox fərqlidir".

Son xəbərlər

Orphus sistemi