"Report": "Brent" markalı neft 30 dollar/barelə qədər ucuzlaşacaq

"Report": "Brent" markalı neft 30 dollar/barelə qədər ucuzlaşacaq ​ABŞ-da aktiv neft buruqlarının sayı növbəti dəfə azalıb
Energetika
27 Fevral , 2016 12:57
Report: Brent markalı neft 30 dollar/barelə qədər ucuzlaşacaq

Bakı. 27 fevral. REPORT.AZ/ "Baker Hughes" şirkəti ənənəvi olaraq hər cümə günü ABŞ-da aktiv neft-qaz buruqlarının həftəlik sayını açıqlayıb. "Report" xəbər verir ki, fevralın 19-26-da aktiv buruqların sayı 12 ədəd və ya 2,33% azalaraq 502 ədədə enib. İllik müqayisədə isə azalma 765 ədəd və ya 60,3% olub. Neft buruqlarının sayı 13 ədəd və ya 3,15% azalaraq 400 ədəd, qaz buruqlarının sayı isə 1 ədəd və ya 0,99% artaraq 102 ədədə çatıb.

Göstəricinin açıqlanmasından sonra neft qiymətləri bir qədər azalıb. Belə ki, ötən həftə aktiv buruqların sayı 26 ədəd və ya 6% azalmışdır. Bu həftə azalmanın səngiməsini görən investorlar bunu neftin qiymətinə mənfi təsir kimi dəyərləndiriblər. Belə ki, dünən göstərici açıqlanmamışdan öncə "Brent" markalı neftin 1 bareli 36,99 dollara qədər bahalaşdıqdan sonra bu səviyyədən 1,83 dollar/barel və ya 5% azalıb. 

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri önümüzdəki həftə ərzində dolların qlobal bazarlarda möhkəmlənməsi və neft bazarında müsbət dəyişikliklərin baş verməməsi fonunda azalmağa davam edəcək və 30 dollar/barelə qədər düşəcək.

Son xəbərlər

Orphus sistemi