​Qusar rayonunun Suduroba kəndinə ilk dəfə qaz verilib

​Qusar rayonunun Suduroba kəndinə ilk dəfə qaz verilib Kəndin 68 abonenti təbii qazla təmin olunub
Energetika
10 Sentyabr , 2015 15:32
​Qusar rayonunun Suduroba kəndinə ilk dəfə qaz verilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Qusar rayonunun Suduroba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 68 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4 270 metr uzunluğunda müxtəlif diametrli polietilen və 5 801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 68 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Son xəbərlər

Orphus sistemi