​Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə qaz verilib

​Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə qaz verilib Kənddə 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
9 İyul , 2015 13:50
​Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə qaz verilib

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2 600 metr olan polietilen və 5 700 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi