Qırmızı körpü-Marneuli qaz kəmərinin təmiri fevralda başa çatacaq

Qırmızı körpü-Marneuli qaz kəmərinin təmiri fevralda başa çatacaq Təmir-bərpa işlərinin görülməsinə 2 mln. dollar ayrılıb
Energetika
16 Yanvar , 2015 12:05
Qırmızı körpü-Marneuli qaz kəmərinin təmiri fevralda başa çatacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın Qırmızı körpü-Marneuli magistral qaz boru kəmərinin 25-ci km sahəsində təmir-bərpa işlərinin bu ilin fevral ayında bitirilməsi planlaşdırılır.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) təmir üzrə işləri tam həcmlə aparır. Məlumata əsasən, bu günə planlaşdırılmış işlərin 57%-i görülüb. 

Ötən ilin iyun ayında tikinti şirkəti və Gürcüstan Neft və Qaz Korporasiyası arasında bağlanılan müqavilənin dəyəri 3,85 mln. lari (2 mln. dollardan artıq) təşkil edir. 

Layihənin həyata keçirilməsi üçün GOGC "Konfortmşen XXI" şirkətinə ümumi dəyəri təxminən 4,5 mln. lari olan (2,4 mln. dollar) boru və digər tikinti materialları verib. 

Son xəbərlər

Orphus sistemi