"Qərbi Abşeron" yatağında yeni quyu istismara verilib

"Qərbi Abşeron" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
9 Fevral , 2016 15:02
Qərbi Abşeron yatağında yeni quyu istismara verilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 28 nönrəli horizontal quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "SOCAR-AQŞ" şirkəti tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib. Quyu 807-709 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır. 

Son xəbərlər

Orphus sistemi