''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
18 Mart , 2016 12:57
''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

Bakı. 18 mart. REPORT.AZ/ Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib. O, 808-713 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır. 

Son xəbərlər

Orphus sistemi