"Qərbi Abşeron" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb

"Qərbi Abşeron" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb 20 saylı stasionar dəniz özülündən 27 saylı quyuda qazma işlərinə başlanıb
Energetika
23 Avqust , 2016 16:36
Qərbi Abşeron yatağında növbəti quyuda qazma işlərinə başlanılıb

Bakı. 23 avqust. REPORT.AZ/ “SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 830 metr olan 27 saylı quyuda qazma işlərinə başlayıb.

“Report” MMC-yə istinadən xəbər verir ki, 27 saylı quyunun Qirmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

“SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər

Orphus sistemi