''Qərbi Abşeron'' yatağında daha bir horizontal quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında daha bir horizontal quyu istismara verilib Quyu sutkalıq 17 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
28 Sentyabr , 2016 12:14
''Qərbi Abşeron'' yatağında daha bir horizontal quyu istismara verilib

Bakı.28 sentyabr. REPORT.AZ/ Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 27 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “SOCAR-AQŞ” tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 761-678 metr intervaldan sutkalıq 17 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır. 

Son xəbərlər

Orphus sistemi