​"Qazprombank" SOCAR-a 490 mln. dollar kredit ayırıb

​"Qazprombank" SOCAR-a 490 mln. dollar kredit ayırıb Bununla bağlı saziş Sankt-Peterburqdakı beynəlxalq iqtisadi forum çərçivəsində imzalanıb
Energetika
19 İyun , 2015 17:07
​Qazprombank SOCAR-a 490 mln. dollar kredit ayırıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın "Qazprombank" ASC ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında kredit sazişi imzalanıb. Sənədə bankın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən imza atılıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, saziş Sankt-Peterburqdakı beynəlxalq iqtisadi forum çərçivəsində imzalanıb.

Müqavilənin şərtinə görə, "Qazprombank"ın İnvestisiya Komitəsi Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen istehsalı ilə məşğul olacaq "SOCAR Polymer" zavoduna 10 il müddətinə 489 mln. dollar həcmində kreditin ayırılmasını təsdiq edib.

İmzalanma mərasimi zamanı çıxış edən A.Akimov SOCAR-la belə bir müqavilə imzalamaqdan məmnun olduğunu deyib: "Biz SOCAR-la uzunmüddətli strateji əməkdaşlıq yaratmaq fikrindəyik. “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın növbəti mərhələsidir. İnanıram ki, maliyyə müqaviləsinin bağlanılması banka SOCAR-ın reallaşdırdığı başqa layihələrdə də iştiraka şərait yaradacaq. Həmçinin, "Qazprombank" Qrupuna aid olan digər bir Holdinqin, yəni Birləşmiş Maşınqayırma Zavodlarının da əməkdaşlığa cəlb olunması planlaşdırılır".

Xatırladaq ki, 2014-cü il dekabrın 13-də SOCAR-la “Qazprombank” ASC arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən "SOCAR Polymer" layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Razılaşma sənədində ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi