​"Qazprom" şirkəti "Türk axını"nın çəkilişi üçün icazə verib

​"Qazprom" şirkəti "Türk axını"nın çəkilişi üçün icazə verib "Türk axını"nın dənizin altından keçəcək hissəsində hər birinin tutumu 15,8 mlrd. kubmetr olan 4 boru xətti çəkiləcək
Energetika
26 Avqust , 2015 12:05
​Qazprom şirkəti Türk axınının çəkilişi üçün icazə verib

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC "Türk axını" qaz kəmərinin inşası layihəsinin dənizin altından və quru sahəsindən keçən hissəsində mühəndis araşdırmaları üçün rəsmi razılıq verib. "Report" xəbər verir ki, "Qazprom"un rəsmi açıqlamasında boru xətlərinin həm dəniz, həm də quru ərazisindən keçən hissəsində tədqiqatlar aparmaq üçün rəsmi icazələr verilib.

Bununla da Rusiya "Türk axını" layihəsini daha tez inşa etmək fikrində olduğunu bəyan edib. "Türk axını"nın dənizin altından keçəcək hissəsində hər birinin tutumu 15,75 mlrd. kubmetr olan 4 boru xətti çəkiləcək.

Açıqlamada deyilir ki, boru xətti 660 km uzunluğunda "Cənub axını" üçün nəzərdə tutulmuş marşrutla və 250 km boyunca Türkiyənin Avropa qitəsindəki torpaqlarında çəkiləcək.

Qeyd edək ki, illik ötürmə qabiliyyəti 63 mlrd. kubmetr olan bu kəmərin 16 mlrd. kubmetri Türkiyəyə, 47 mlrd. kubmetri isə Avropaya satılacaq.

Son xəbərlər

Orphus sistemi