​"Qazprom" Özbəkistandan 4 mlrd. kubmetr qaz alacaq

​"Qazprom" Özbəkistandan 4 mlrd. kubmetr qaz alacaq "Uzbekneftegaz"la müqavilə "Türkmengaz"la münasibətlərin kəskinləşməsi fonunda imzalanıb
Energetika
15 Mart , 2016 06:57
​Qazprom Özbəkistandan 4 mlrd. kubmetr qaz alacaq

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti ilə Özbəkistanın "Uzbekneftegaz" qaz konserni arasında bu il 4 milyard kubmetr özbək qazının alınmasına dair müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bu barədə "Qazprom"un yeni avroistiqrazların buraxılmasına dair memorandumunda bildirilir.

"2015-ci ilin dekabrında "Uzbekneftegaz"la 2016-cı ildə 4 milyard kubmetr həcmində özbək qazının alınmasına dair müqavilə imzaladıq", — deyə sənəddə bildirilir.

"Uzbekneftegaz"la müqavilə Türkmənistanın "Türkmengaz" dövlət konserni ilə münasibətlərin kəskinləşməsi fonunda imzalanıb. "Qazprom" Türkmənistan şirkəti ilə qiymət məsələsinə görə məhkəmə çəkişməsindədir. Xüsusilə, 2015-ci ilin ortalarında rəsmi Aşqabad "Qazprom"u 2015-ci ilin əvvəlindən tədarük olunan qaza görə "Türkmengaz"a olan borcunu ödəməməkdə ittiham edib. Yekunda şirkətlər arasında müqaviləyə xitam verilib.

Son xəbərlər

Orphus sistemi