"Qazprom"la SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib

"Qazprom"la SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib Sankt-Peterburqda "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib
Energetika
25 Dekabr , 2015 20:50
Qazpromla SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini müzakirə edib, xüsusilə Rusiya təbii qazının Azərbaycana idxalı məsələsinə diqqət yetiriblər. 

"Azərbaycanda təbii qazın istehlakının artması perspektivləri nəzərə alınaraq, Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi