"Qazprom" Bolqarıstanda "Overqaz"dan çıxır

"Qazprom" Bolqarıstanda "Overqaz"dan çıxır Saziş Rusiya şirkətinin idarə heyəti sədrinin müavini Aleksandr Medvedyevin Sofiyaya səfəri zamanı rəsmiləşib
Energetika
22 Dekabr , 2015 09:50
Qazprom Bolqarıstanda Overqazdan çıxır

Bakı. 22 dekabr. REPORT.AZ/ "Qazprom" "Overqaz Holdinq"lə birgə bərabər əsaslarla mülkiyyətində olan "Overqaz İnk" şirkətindən çıxır.

"Report" "Capital Daily"yə istinadən xəbər verir ki, bu barədə saziş Rusiya şirkətinin idarə heyəti sədrinin müavini Aleksandr Medvedyevin Sofiyaya səfəri zamanı rəsmiləşib.

Qeyd edək ki, 2012-ci ildə "Qazprom" Bolqarıstana qaz tədarükünü "Overqaz" vasitəsilə həyata keçirib. Elə həmin il "Bulqarqaz"la qaz təchizatı barədə 10 illik saziş imzalanıb. 

Son xəbərlər

Orphus sistemi