"Qazprom"a qarşı yeni sanksiyalar tətbiq edilib

"Qazprom"a qarşı yeni sanksiyalar tətbiq edilib ABŞ "Qazprom Kapital"a da sanksiya tətbiq edib
Energetika
2 Sentyabr , 2016 18:38
Qazproma qarşı yeni sanksiyalar tətbiq edilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ Rusiyanın "Qazprom" şirkətinin törəmə qurumları - "Qazprombank" və "Moskva Bankı"na qarşı yeni sanksiyalar tətbiq edilməsini qərarlaşdırıb. "Report"un "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sanksiyalar bu gün başlayan Şərq İqtisadi Forumu və sentyabrın 4-5-də Çinin Quançjou şəhərində keçiriləcək G20 sammiti ərəfəsində tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən rəsmi saytında yayımlanan sanksiya siyahısına "Qazprom"un 51 törəmə şirkəti daxil edilib, həmçinin, "Qazprom"a avadanlıq satışına da qadağa qoyulub. Sanksiyaların Ukraynadakı şəraitlə əlaqədar tətbiq edildiyi bildirilir. Sanksiyaların aid edildiyi şirkətlər arasında ən önəmlisi "Qazprom Kapital"dır. Bu şirkət vasitəsilə "Qazprom" rubl istiqrazları yerləşdirərək maliyyə vəsaiti cəlb edir.

Ekspertlər "Qazprom"un ABŞ-la heç bir işgüzar əlaqəsinin olmadığını bildirməklə yanaşı, tətbiq olunan yeni sanksiyaların Avropadakı şirkətlərin "Qazprom"un törəmə qurumları ilə münasibətlərinə son qoymaq üçün edildiyini bildirirlər. Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov hesab edir ki, yeni sanksiyalar ABŞ-ın Rusiya ilə münasibətlərinin düzəlmədiyini Avropaya göstərmək üçün bir siqnaldır. 

Xatırladaq ki, keçən həftə ABŞ vitse-prezidenti Co Bayden "Şimal axını-2" layihəsi barədə mənfi fikirlər söyləyərək Avropaya bu layihə ilə əlaqədar mövqeyini nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi