"Qazprom" 2 milyard ziyana düşüb

"Qazprom" 2 milyard ziyana düşüb Şirkətin 2015-ci il sentyabrın 30-na olan xalis borcu iki milyard rubldan çox olub
Energetika
15 Yanvar , 2016 15:27
Qazprom 2 milyard ziyana düşüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti 2015-ci ilin üçüncü rübündə iki milyard rubl məbləğində zərərlə üzləşib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd edək ki, ötən ilin analoji dövründə holdinq 105,7 milyard rubl mənfəət əldə etmişdi.

Şirkətin 2015-ci il sentyabrın 30-na olan xalis borcu iki milyard rubldan çox olub. Bu rəqəm 2014-cü ilin sonundan bəri 23% artıb.

Son xəbərlər

Orphus sistemi