​Qazdan istifadəyə görə 186 manat borcu olan abonent “Azəriqaz”ın işçilərini döyüb - FOTO

​Qazdan istifadəyə görə 186 manat borcu olan abonent “Azəriqaz”ın işçilərini döyüb - FOTO İ.Kərbalayev hazırda Cəlilabad Rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparıldığını bildirib
Energetika
28 Mart , 2016 16:55
​Qazdan istifadəyə görə 186 manat borcu olan abonent “Azəriqaz”ın işçilərini döyüb - FOTO

Bakı. 28 mart. REPORT.AZ/ Cəlilabad Rayon Qaz İstismar Sahəsinin 3 əməkdaşı Alar kənd sakini, abonent Dövlətova Anaxanım Mirzəcan qızına məxsus evə baxış keçirərkən abonentin oğlu və həyat yoldaşı tərəfindən döyülərək bədən xəsarətləri alıb. Bunu “Report”a açıqlamasında “Azriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayev hazırda Cəlilabad Rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparıldığını bildirib:

“Cəlilabad Rayon Qaz İstismar Sahəsinin nəzarətçi-çilingəri Xubalıyev Əflatun Mikayıl oğlu, sürücü və qaynaqçı abonentin həyat yoldaşı Dövlətov Balakişi və onların oğlu Dövlətov Anar tərəfindən döyülərək müxtəlif xəsarətlər alıblar. Hazırda əməkdaşlarımız xəstəxanaya yerləşdirilib və hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır”.

“Azəriqaz” rəsmisi deyib ki, hazırda həmin abonentin 186 manat borcu var: “Hazırda həmin abonentin 186 manat borcu var. Amma bununla yanaşı, onlar 3 aydan artıqdır ki, işlətdikləri təbii qazın pulunu ödəmirlər. Bütün bunlara baxmayaraq, “Azəriqaz” abonentlərə keyfiyyətli xidmət göstərilməsi və təbii qazdan qeyri-qanuni istifadənin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”.

Son xəbərlər

Orphus sistemi