Qazaxın magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Qazaxın magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Rayonun Xanlıqlar kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
30 Noyabr , 2015 17:24
Qazaxın magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Dekabrın 1-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Xanlıqlar” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Qazax rayonunun Xanlıqlar kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi