SOCAR-ın ​Qaz İxrac İdarəsinin bəzi əməkdaşlarına İSO 9001 sertifikatları verilib

SOCAR-ın ​Qaz İxrac İdarəsinin bəzi əməkdaşlarına İSO 9001 sertifikatları verilib İdarədə üçgünlük maarifləndirmə kursları keçirilib
Energetika
7 Oktyabr , 2015 19:54
SOCAR-ın ​Qaz İxrac İdarəsinin bəzi əməkdaşlarına İSO 9001 sertifikatları verilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin aparatında ISO 9001 (Keyfiyyəti İdarəetmə Sistemləri) beynəlxalq standartı üzrə üçgünlük maarifləndirmə kursları keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin mütəxəssisi Teyyub Xəlilov tərəfindən aparılmış kurs zamanı iştirakçılar arasında diskussiyalar təşkil edilib, dinləyicilər qruplara bölünərək bir-birilərini audit ediblər.

Kursun sonuncu günü keçirilən imtahanın nəticələri müsbət qiymətləndirilib və iştirakçılar sertifikatlara layiq görülüblər. İSO 9001 standartı üzrə sertifikatların təqdimetmə mərasimində İdarənin rəisi Qağaməli Seyfullayev həyata keçirilən maarifləndirmə kurslarında personalın fəal iştirakını və müəssisədə beynəlxalq standartların tətbiqinə böyük marağın olduğunu qeyd edib.

O, qazanılmış dinləyici sertifikatlarının gələcəkdə Beynəlxalq Sertifikatlara layiq görülmək üçün önəmli sənədlərdən biri kimi qiymətləndirib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavini Natiq Şərbətov, Sumqayıt Təlim Mərkəzinin müdir müavini Teyyub Xəlilov çıxış edərək işçi personalın maarifləndirilməsi, onların bilik səviyyələrinin artırılması, sertifikatlaşdırılması kimi məsələlərin əhəmiyyətindən danışıblar.                    

Son xəbərlər

Orphus sistemi