"Qaradağ" yatağında yeni quyunun qazılmasına başlanılıb

"Qaradağ" yatağında yeni quyunun qazılmasına başlanılıb Quyunun layihə dərinliyi 3 400 metr təşkil edir
Energetika
22 Oktyabr , 2014 06:30
Qaradağ yatağında yeni quyunun qazılmasına başlanılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarı kimi istifadə olunan "Qaradağ" yatağında yeni quyunun qazılmasına başlayıb.

"Report"dan SOCAR-a verilən məlumata görə, 483 saylı bu quyunun layihə dərinliyi 3 400 metr təşkil edir. Quyunun istismara verilməsindən sonra sutka ərzində anbara 100 min kubmetr qaz vurulacaq. Quyunun qazılması Yeraltı qaz anbarlsrı İdarəsinin sifarişi ilə aparılır. 

Qeyd edək ki, hazırda Azərbaycanda iki – "Qalmaz" və "Qaradаğ" yeraltı qaz anbarı var. "Qalmaz" yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. "Qaradağ" yeraltı qaz anbarı 1954-cü ildə istismara verilib və Bakıdan 25 km cənub-şərqdə yerləşir.

Son xəbərlər

Orphus sistemi