“Qaradağ” yatağında yeni quyu istismara verilib

“Qaradağ” yatağında yeni quyu istismara verilib Quyu sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir
Energetika
6 Yanvar , 2016 17:43
“Qaradağ” yatağında yeni quyu istismara verilib

Bakı. 6 yanvar. REPORT.AZ/ “Qaradağ” yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3 200 - 3 180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir.

Quyuda istismar işləri “Azneft” İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi