"Qaradağ" yatağında yeni quyu qazılır

"Qaradağ" yatağında yeni quyu qazılır Quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur
Energetika
18 Sentyabr , 2015 17:53
Qaradağ yatağında yeni quyu qazılır

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qaradağ" yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə 487 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Qaz anbarları istismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılır.

Quyunun layihə dərinliyi 3 100 metrdir, 487 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi