Potidə “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb

Potidə “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb Təntənəli mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib
Energetika
23 Noyabr , 2014 13:00
Potidə “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb

Bakı. 23 noyabr. REPORT.AZ/Gürcüstanın Poti limanında Noyabrın 22-də "Şahdəniz-2" layihəsi çərçivəsində yeni nəqliyyat terminalının açılış mərasimi keçirilib.

"Report"-un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, təntənəli mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

Qaribaşvili bildirib ki, yeni terminal Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlıqların daşınmasını təmin edəcək.

Baş nazir həmçinin "Şahdəniz-2" layihəsinin əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, dünyadaki ən mürəkkəb və kompleks enerji layihələrindən biri hesab olunan "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini daha da gücləndirəcək.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Xəzər dənizində yerləşən nəhəng "Şahdəniz" yatağından ildə 16 mlrd. kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3 500 km-lik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq.

İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilə nəzərdə tutulub, Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi