Bakı. 29 avqust. REPORT.AZ/ Malayziyanın "Petronas" şirkəti Azərbaycanın "Qoşadaş" perspektivli strukturu ətrafında kəşfiyyat işləri aparacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
X.Yusifzadənin sözlərinə görə, əgər bu işlər nəticə verərsə, təhqiqatlar dərinləşdiriləcək: "Hələlik, ümumi işlər görülür. Əgər sonra görsək ki, nəticə yaxşıdır, ondan sonra "Petronas"la danışıqlar aparılacaq".