"​Petroleum World": Neftin qiyməti 100 dollar səviyyəsinə qayıtmayacaq

"​Petroleum World": Neftin qiyməti 100 dollar səviyyəsinə qayıtmayacaq Neft bazarındakı qiymətlər Asiya regionu ölkələrinin iqtisadi inkişafından asılıdır
Energetika
1 İyun , 2016 20:13
​Petroleum World: Neftin qiyməti 100 dollar səviyyəsinə qayıtmayacaq

Bakı. 1 iyun. REPORT.AZ/ "Dünya neftin qiymətinin 100 dollara çatmasını gözləməsin". 

"Report" xəbər verir ki, bunu "Petroleum World" energetika agentliyinin rəhbəri, neft sektoru üzrə analitik Elio Oep (Elio Ohep) "Ria Novosti"yə verdiyi açıqlamasına bildirib. 

O, iyunun 2-də OPEC-in Vyanada keçiriləcək sammiti öncəsi deyib ki, dünya neft hasilatında gözlənilməyən qlobal problem yaranmasa, hazırkı tələb səviyyəsini nəzərə alaraq neftin qiyməti 100 dollar/barelə çatmayacaq. E.Oep qeyd edib ki, Kanadadakı yanğınlar, Liviyada hasilatla bağlı problemlər müvəqqətidir. İraq, İran və digər ölkələrin hasilatı artırmağa davam etməsi neft qiymətlərinin yüksəlişini əngəlləyir. 

Onun fikrincə, hazırda neft bazarı ilə bağlı proqnoz vermək çətindir. Nigeriya, Kanada, Kolumbiya, Venesuela, Ekvador, Liviya kimi ölkələrdə hasilatla bağlı problemlərə Yaxın Şərqdəki münaqişələri əlavə etsək, qiymətlərin gələcəyi ilə bağlı gözləntilər dəyişir: "Lakin hasilat sabitləşdiyi zaman diqqət mərkəzində Asiya ölkələrinin iqtisadi artım templəri olacaq. Məhz bu regionun iqtisadiyyatı neftə olan tələbatın səviyyəsini müəyyənləşdirəcək". 

E.Oep həmçinin OPEC-lə, ona üzv olmayan ölkələrin bir araya gəlməsinə lüzum görmür: "Hər şey Səudiyyə Ərəbistanının planladığı ssenari üzrə gedir. Hazırda neftin qiymətinin 100 dollara yüksəlməsi mümkün deyil".

Son xəbərlər

Orphus sistemi