​"Petlim" limanına gəmilər 2016-cı ilin əvvəlində daxil olacaq

​"Petlim" limanına gəmilər 2016-cı ilin əvvəlində daxil olacaq "SOCAR Türkey" prezidenti bürökratik səbəblərdən Külək Enerjisi Stansiyasının tikintisində gecikmələr olduğunu da qeyd edib
Energetika
7 Oktyabr , 2015 18:37
​Petlim limanına gəmilər 2016-cı ilin əvvəlində daxil olacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bizim bütün linvestisiya layihələrimiz plana uyğun olaraq davam etdirilir və artıq limanın inşası bitmək üzrədir. Report" xəbər verir ki, bunu "Bloomberg HT"yə Rusiya ilə Türkiyə arasında yaranan olayları şərh edən "SOCAR Energy Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

Onun sözlərinə görə, gələn ilin əvvəlində "Petlim" limanına gəmilərin daxil olması mümkün olacaq: "Türkiyənin üçüncü, Ege bölgəsinin isə ən böyük limanını inşa etmişik. 2016-cı ilin əvvəlindən etibarən konteyner gəmiləri limana daxil olacaq. Həmçinin emal zavodunun da 30%-i hazırdır və bunun üçün 2 mlrd. dollara qədər vəsait xərcləmişik. Gələn il işlər daha da sürətlənəcək və 2018-ci ilin əvvəlində artıq istifadəyə veriləcək".

"SOCAR Türkey" prezidenti bürökratik səbəblərdən Külək Enerjisi Stansiyasının tikintisində gecikmələr olduğunu da qeyd edib: "Bəzi bürokratik icazələrdən dolayı Külək Enerjisi Stansiyasının tikintisində gecikmələr olub. Təxminən 55 mln. dollarlıq layihənin 20 mln. dollarlıq hissəsi reallaşdırılıb. Hesab edirəm ki, gələn ilin sonuna stansiya da istifadəyə veriləcək. Biz ümumilikdə 2018-ci ildə 20 mlrd. dollarlıq investisiya ilə Türkiyənin ikinci yatırımçısı olmağı düşünürük".

Son xəbərlər

Orphus sistemi