​"Petkim Holding": Fəaliyyətimiz normal şəkildə davam edir

​"Petkim Holding": Fəaliyyətimiz normal şəkildə davam edir Bu hadisələrin şirkətin fəaliyyətinə hər hansı təsiri yoxdur
Energetika
2 Avqust , 2016 15:31
​Petkim Holding: Fəaliyyətimiz normal şəkildə davam edir

Bakı. 2 avqust. REPORT.AZ/ "Müxtəlif media orqanlarında şirkətimizin Əliağa ərazisinə polis araşdırması çərçivəsində əməliyyat təşkil edildiyi ilə bağlı xəbərlər yayımlanır".

"Report" xəbər verir ki, bu, "Petkim Petrokimya Holding"in Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu- KAP) açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu hadisələrin şirkətin fəaliyyətinə hər hansı təsiri yoxdur. "Fəaliyyətlərimiz normal şəkildə davam edir", - deyə açıqlamada diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi