Paytaxtın Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Paytaxtın Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq Təmir işlərinin ​Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
4 Oktyabr , 2016 19:21
Paytaxtın Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 4 oktyabr. REPORT.AZ/ Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar oktyabrın 5-də saat 09:00-dan 18:00-dək Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi